• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göygöl Milli Parkının ərazisində su hövzəsinə 1 500-dən çox balıq körpəsi buraxıldı, yaşıllıq aksiyası keçirildi - FOTO

    17

    dek

    Göygöl Milli Parkının ərazisində su hövzəsinə 1 500-dən çox balıq körpəsi buraxıldı, yaşıllıq aksiyası keçirildi - FOTO

    Göygöl Milli Parkının ərazisində su hövzəsinə qızıl xallı farel növünə aid 1 500-dən çox balıq körpəsi buraxılıb.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Bununla yanaşı, Göygöl rayonu ərazisində ağacəkmə aksiyası keçirilib, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib.

    Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans proqramı çərçivəsində ölkəmizdə yaşıllıq sahələrinin genişləndirilməsinə və su bioresurslarının populyasiyasının artırılmasına dəstək məqsədilə növbəti ənənəvi aksiyalar təşkil olunub.

    Aksiyalarda Milli Məclisin komitə sədrləri və deputatları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, elmi təşkilat və təhsil müəssisələrində çalışan alim və pedaqoqlar, Gəncə şəhər və Göygöl rayon icra hakimiyyətləri rəsmiləri iştirak edib.






    Tarix : 17-12-2023, 16:51 | Oxunub: 4 660