• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-da "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

    08

    noy

    COP29-da "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası təşkil ediləcək

    Noyabrın 20-də Bakıda COP29 çərçivəsində "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

    Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.

    Dəyirmi masanın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).

    Tarix : 8-11-2024, 09:40 | Oxunub: 1 656