Kürdəmirdə sanitar-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Ekologiya.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı bir neçə küçədə məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Qeyd edilən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib. Sanitar qayda pozuntusuna yol verən şəxslər barəsində tədbir görülüb.