• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kamran Əliyev: "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar"

    16

    noy

    Kamran Əliyev: "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar"

    "Birgə əməkdaşlıq etməklə planeti ekoloji cinayətlərdən qorumaq olar".

    Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

    Onun sözlərinə görə, Azərbaycanda da ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:

    "Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərdə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".

    Tarix : 16-11-2024, 18:40 | Oxunub: 1 424