• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"

    16

    noy

    BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"

    "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq".

    Oxu.Az xəbər verir ki, bunu BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar bildirib.

    O deyib ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.

    "Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. Mən polis məsləhətçisi və BMT-nin polis rəisi kimi çalışıram. BMT polisi bütün dünyaya yayılıb, təşkilatın missiyaları, ekoloji cinayətlərin araşdırılması ilə məşğul oluruq. Milli polis qüvvələrini ekoloji problemlərlə mübarizə və ekoloji cinayətlərin araşdırılmasına hazırlayırıq", - o bildirib.

    "Beləliklə, biz məşğulluğun yaxşılaşdırılması prosesində tərəfdaşıq. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır", - o bildirib.

    Tarix : 16-11-2024, 22:40 | Oxunub: 1 632