• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Jacqueline Amongin: "Azərbaycanda keçirilən COP29-da iştirak etməkdən məmnunam"

    18

    noy

    Jacqueline Amongin: "Azərbaycanda keçirilən COP29-da iştirak etməkdən məmnunam"

    "Azərbaycanda keçirilən COP29-da iştirak etməkdən məmnunam. İqlim öhdəliyinin nəticəsi, dünya üçün iqlimin maliyyələşdirilməsi və Afrika kimi iqlimə həssas ölkələr üçün mənim bu tədbirdən gözləntilərim böyükdür".

    Bunu Oxu.Az-a açıqlamasında Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü Jacqueline Amongin deyib.

    O bildirib ki, qlobal liderlərin iqlim dəyişikliyini maliyyələşdirmək üçün verdikləri vədləri və öhdəlikləri həyata keçirməsi lazımdır:

    "Amma ən əsası, uyğunlaşma prosesini görmək istəyirəm. Adaptasiya tədbirləri ikiqat artırılmalıdır".

    Tarix : 18-11-2024, 14:40 | Oxunub: 1 280