• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

    18

    noy

    Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

    COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayilov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüş keçirib.


    ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.


    OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

    Tarix : 18-11-2024, 18:50 | Oxunub: 1 544