• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son Dəqiqə: Bakıda keçirilən COP29 bu tarixdə bitəcək

    22

    noy

    Son Dəqiqə: Bakıda keçirilən COP29 bu tarixdə bitəcək

    Bakıda keçirilən COP29 konfransı 11-22 noyabr tarixlərini əhatə etməli idi. Ancaq bir neçə gün öncə tədbirin daha bir gün uzadıldığı bildirildi.

    Ekologiya.az axar.az-a istinadən xəbər verir ki, COP29 konfransı ilə bağlı təşkilatçılardan tədbirin müddəti ilə bağlı növbəti yenilənmə yoxdur. Buna görə də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransının sabah yekunlaşacağı gözlənilir.

    Qeyd edək ki, COP29 sammitində iştirak üçün dünyanın 196 ölkəsindən 72 min nəfər qeydiyyatdan keçib. Qonaqlar arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir olub.

    Tarix : 22-11-2024, 23:28 | Oxunub: 1 616