• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qəzaların çox olduğu prospektdə YENİLİK EDİLDİ - VİDEO

    24

    noy

    Qəzaların çox olduğu prospektdə YENİLİK EDİLDİ - VİDEO

    Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.

    Ekologiya.az bildirir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı yeni qərar qəbul olunub.

    Əvvəllər Qədir Məmmədov küçəsindən prospektə çıxan sürücülər məcbur idilər ki, buradan yalnız sağa dönərək hərəkətlərini "Nargilə" istiqamətində davam etdirsinlər. Ancaq yenilik ondan ibarətdir ki, işıqforda yaşıl işığı gözləməklə hərəkətlərini düzünə davam etdirə bilərlər.

    Hesab edilir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

    Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

    Xatırladaq ki, 8 Noyabr prospektində əvvəllər çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı. Mütəxəssislər qəzaların azalması üçün işıqforların vacibliyini vurğulayırdı.

    Tarix : 24-11-2024, 13:00 | Oxunub: 1 144