• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıya yağış, bəzi ərazilərdə qar yağacaq - PROQNOZ

    24

    noy

    Bakıya yağış, bəzi ərazilərdə qar yağacaq - PROQNOZ

    Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometrologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 2-6° isti olacaq.

    Tarix : 24-11-2024, 16:45 | Oxunub: 1 784