• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Böyük Britaniyada "Bert" fırtınası tüğyan edir: Ölənlər var

    25

    noy

    Böyük Britaniyada "Bert" fırtınası tüğyan edir: Ölənlər var

    Böyük Britaniya və İrlandiyada "Bert" qasırğası özü ilə qar, yağış və güclü külək gətirib və bir neçə insanın ölümünə səbəb olub.

    Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat verib.

    Qeyd olunur ki, qasırğa nəticəsində artıq üç nəfər həyatını itirib. Həmçinin Uelsdə geniş yayılmış daşqın zamanı kişi cəsədi aşkar edilib.

    120 km/saata çatan küləklər sahilyanı ərazilərə ciddi ziyan vurub, dəmir yolu xətlərinin, hava limanlarının, körpülərin və yolların bağlanmasına səbəb olub. Minə yaxın ev işıqsız qalıb.

    Tarix : 25-11-2024, 15:50 | Oxunub: 1 192