• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sosial"Gənc diplomatlar" Azərbaycanı təbrik etdi

    25

    noy

    Sosial"Gənc diplomatlar" Azərbaycanı təbrik etdi

    "Gənc diplomatlar" (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib.

    Publika.az xəbər verir ki, bu barədə təşkilatın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    "Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. "Gənc diplomatlar" Azərbaycanın iqlim dəyişikliyi üzrə qlobal gündəliyə verdiyi dəyərli töhfə ilə qürur duyur", - paylaşımda qeyd olunub.


    Tarix : 25-11-2024, 16:50 | Oxunub: 1 264