• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda günəbaxan istehsalı 6,3 % artıb

    26

    noy

    Azərbaycanda günəbaxan istehsalı 6,3 % artıb

    Bu ilin yanvar-oktyabr aylarında sahələrdən 31,1 min ton günəbaxan yığılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

    Ekologiya.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Bildirilir ki, 2024-cü təsərrüfat ili üzrə günəbaxan sahələrində yığım başa çatmaq üzrədir.

    "Ölkədə günəbaxan əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə günəbaxan becərən fermerlərə hər hektara görə 180 manat, müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə günəbaxan becərilməsinə görə isə hər hektara görə 120 manat subsidiya ödəniləcək”, - məlumatda deyilir. /

    “Report”

    Tarix : 26-11-2024, 11:10 | Oxunub: 1 520