• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gün və sabah GEOMAQNİT QASIRĞASI GÖZLƏNİLİR

    28

    noy

    Bu gün və sabah GEOMAQNİT QASIRĞASI GÖZLƏNİLİR

    "Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir"

    Musavat.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.

    Qeyd olunub ki, noyabrın 28-29-da Günəşdə baş verəcək alışmalar hesabına Yerdə geomaqnit qasırğası gözlənilir.

    "Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq. 

    Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12:00-dək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq.

    Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək", - deyə məlumatda bildirilir.

    Tarix : 28-11-2024, 16:45 | Oxunub: 1 216