Beyləqan - İmişli rayonlarının sərhədində ad göstəricisi istifadəyə verilib
Beyləqan - İmişli rayonlarının sərhədində rayonumuzun ad göstəricisi istifadəyə verildi.
Bildiririk ki ,Beyləqan rayonunu həmsərhəd rayonlardan ayıran ad göstəricilərinin olmaması böyük narahatçılıq yaradırdı.Bunu nəzərə alaraq bir müddət əvvəl Beyləqan rayonunu üç istiqamətdə, İmişli,Füzuli və Ağcabədi rayonlarından ayıran ad göstəricilərinin təməli qoyulmuşdur.
Artıq Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun sağ tərəfində İmişli rayonundan Beyləqanın inzibati ərazisinə girişdə rayonun ad göstəcisinin inşası tam başa çatmış və rayona gələn qonaqların istifadəsinə verilmişdir. Ekologiya.az