• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək

    03

    dek

    İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək

    İmişli və Biləsuvar rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.

    Ekologiya.az-ın məlumatına görə, İmişli rayonu Aranlı bələdiyyəsi tərəfindən 1,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

    Həmçinin Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən 8,59 hektar və 3,02 hektar torpaq sahəsi müsabiqəyə, eləcə də 5,8 hektar, 3,84 hektar və 3,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.

    Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahəsi üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində, Biləsuvarda yerləşən torpaq sahələri üçün müsabiqə və hərrac Cəlilabad şöbəsində dekabrın 18-də baş tutacaq.

    Tarix : 3-12-2024, 10:35 | Oxunub: 1 336