• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb

    19

    dek

    Son 2 ildə Şamaxı, Ağsu və Qobustanda torpaq qanunvericiliyinin pozulmasına dair 200-ə yaxın hal aşkarlanıb

    2022-ci ildə və 2023-cü ilin yanvar-noyabr aylarında Şamaxı, Ağsu və Qobustan rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 hal aşkar edilərək sənədləşdirilib.

    Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

    Məlumata görə, bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib edilib.
    Dövlət Xidmətinin apardığı monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bu rayonlarda bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.

    Tarix : 19-12-2023, 18:42 | Oxunub: 2 497