• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonlar ərazisində qanunsuz ağac kömürü istehsal edilən quyular aşkarlanıb.

    13

    fev

    Bu rayonlar ərazisində qanunsuz ağac kömürü istehsal edilən quyular aşkarlanıb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

    Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Oğuz rayonu Tayıflı kənd sakinləri İmran Abduyev, Asim Ağabəyov, Dəyanət Abdıyev və Şirvanlı kənd sakini Samir Qurbanov  olduğu müəyyən edilib.

    Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

    Tarix : 13-02-2026, 17:15 | Oxunub: 2 536