Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qax və Göygöl rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qax rayonu Şotavar kənd sakini Tofiq Lətifli, Göygöl rayonu Əzgilli kənd sakinləri Salah Bayramov, Təzəgül Mamedova, Şahbaz Əliyev və Elmar Verdiyev olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.