Hacıqabulda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Muğan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markal avtomobilin traktora çırpılması nəticəsində 2002-ci il təvəllüdlü Ayxan Hacızadə, Kəlbəcər sakini 1974-cü il təvəllüdlü Saleh Bayramov, Tərtər sakini 1985-ci il təvəllüdlü Emil Vəliyev xəsarət alıb. Onlar Şirvan xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./APA