• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Goranboyda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

    06

    yan

    Goranboyda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

    Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.

    Ekologiya.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.

    "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

    Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 6-01-2025, 09:15 | Oxunub: 1 160