• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

    02

    iyn

    Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

    Şəmkir rayonunda ağır yol qəzası baş verib.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kənd ərazisində qeydə alınıb.

    Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü E.Süleymanov, 1972-ci il təvəllüdlü G.Yulçuyev, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1991-ci il təvəllüdlü O.Məmmədov və 1983-cü il təvəllüdlü N.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

    Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 2-06-2025, 11:10 | Oxunub: 440