• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağıntı ilə gələn FƏLAKƏT: Bakıda yolda TƏHLÜKƏ BÖYÜYÜR

    03

    yan

    Yağıntı ilə gələn FƏLAKƏT: Bakıda yolda TƏHLÜKƏ BÖYÜYÜR

    Yolun mütəmadi sürüşməsi sakinlərin narazılığına səbəb olub.

    Ekologiya.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Səbail rayonu, 17-ci küçə, 3-cü massiv adlanan ərazidəndir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, problem illərdir həll olunmur. Son günlərdə yağıntılardan sonra yolda yenidən sürüşmə baş verib.

    Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həllinə nail ola bilməyiblər.

    Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, qeyri-iş günü olduğundan məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcəklər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik

    :

    Tarix : 3-01-2025, 11:40 | Oxunub: 1 376