• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqata başlanılır

    05

    yan

    Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqata başlanılır

    Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq.

    Ekologiya.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .

    Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanacaq, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.

    Tarix : 5-01-2025, 19:55 | Oxunub: 1 208