• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bələdiyyə seçkisi ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

    08

    yan

    Bələdiyyə seçkisi ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır

    Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.

    Ekologiya.az xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

    Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.

    Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

    Tarix : 8-01-2025, 15:35 | Oxunub: 984