• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

    29

    yan

    Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

    Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb

    Ekologiya.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

    Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

    Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

    Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

    Tarix : 29-01-2025, 08:31 | Oxunub: 896