• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • SON DƏQİQƏ! Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - Yanvarın 9-dan...

    07

    yan

    SON DƏQİQƏ! Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - Yanvarın 9-dan...

    Yanvar ayında bir sıra maqnit qasırğaları gözlənilir. Bu təbii hadisələrin insanlar üzərindəki təsiri, xüsusilə meteohəssas şəxslər üçün əhəmiyyətli ola bilər. Uzmanlar qasırğaların təsir göstərə biləcəyi tarixlərdə əhval dəyişikliyi, baş ağrısı və qan təzyiqində dəyişikliklərin müşahidə oluna biləcəyini bildirir.

    Ekologiya.az həmin tarixləri təqdim edir:

    9-10 yanvar: Güclü maqnit qasırğaları ehtimal edilir. Hava şəraitinə həssas insanlarda qəfil əhval dəyişikliyi, qıcıqlanma və qan təzyiqinin yüksəlməsi müşahidə oluna bilər.

    15-16 yanvar: Maqnit aktivliyinin mülayim olacağı gözlənilir. Stressdən və həddindən artıq fiziki fəaliyyətdən qaçınmaq tövsiyə olunur.

    21-22 yanvar: Zəif və ya orta dərəcəli maqnit qasırğaları meteohəssas insanlarda narahatlığa səbəb ola bilər.

    27-28 yanvar: Orta səviyyəli maqnit aktivliyi gözlənilir. Yuxu rejiminə, qidalanmaya diqqət yetirmək və orqanizmi çox yükləməmək vacibdir.

    Maqnit qasırğaları insan sağlamlığına təsir göstərə bilər. Bu dövrlərdə baş ağrısı, yuxu pozuntuları, qan təzyiqində dəyişikliklər və ümumi narahatlıq yaşana bilər. Xüsusilə meteohəssas insanlar daha diqqətli olmalı, sağlam həyat tərzi sürməli və lazım gəldikdə həkim məsləhəti almalıdırlar.

    Tarix : 7-01-2025, 15:30 | Oxunub: 2 872