• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirildi - FOTO

    20

    yan

    ETSN-də 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirildi - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

    Ekologiya.az xəbər verir ki, yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi qürur və ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən danışılıb.

    20 Yanvar tarixinin xalqımızın mübarizlik nümunəsi kimi yaddaşlarda qalacağı, daim qürurla anılacağı və gələcək nəsillər üçün müstəqillik salnaməsinin şanlı səhifəsi kimi xatırlanacağı vurğulanıb.

    Tarix : 20-01-2025, 17:06 | Oxunub: 1 256