• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü zəlzələ Baykal gölünü YERİNDƏN OYNATDI

    29

    yan

    Güclü zəlzələ Baykal gölünü YERİNDƏN OYNATDI

    Bolşoy Qoloustnoye kəndi yaxınlığında Baykal gölündə 5,6 gücündə zəlzələ qeydə alınıb.

    Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi öz məlumat yayıb.

    Bildirilib ki, seysmik hadisə saat 6:45-də (Bakı vaxtı ilə 2:54) qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında yerləşib. İrkutskda zəlzələnin həssaslığı 3 bal qiymətləndirilib.

    Dağıntı və tələfat olmadığı qeyd edilir. Bütün infrastruktur obyektləri normal işləyir.

    Tarix : 29-01-2025, 10:01 | Oxunub: 1 480