• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mal və quzu əti yenidən BAHALAŞDI - QİYMƏT/VİDEO

    29

    yan

    Mal və quzu əti yenidən BAHALAŞDI - QİYMƏT/VİDEO

    Son zamanlar mal və quzu ətinin qiymətində artım müşahidə edildiyi barədə məlumatlar yayılıb.

    Ekologiya.az Real TV-yə istinadən məlumat verir ki, paytaxt bazarlarındakı qiymətlər demək olar ki, eynidir.

    Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var.

    Satıcılar bildiriblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstərirlər.

    Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.

    Ətraflı süjetdə:


    Tarix : 29-01-2025, 14:45 | Oxunub: 1 800