• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda mal və qoyun əti kəskin ucuzlaşdı - VİDEO

    03

    fev

    Bakıda mal və qoyun əti kəskin ucuzlaşdı - VİDEO

    Bakıda ət 3-4 manat ucuzlaşıb.

    Ekologiya.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.

    Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.

    Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

    Ətraflı süjetdə:


    Tarix : 3-02-2025, 21:06 | Oxunub: 2 736