• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda ət bahalaşdı - YENİ QİYMƏT/VİDEO

    14

    iyl

    Azərbaycanda ət bahalaşdı - YENİ QİYMƏT/VİDEO

    Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

    Ekologiya.az Xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar bildirirlər ki, qiymət bahalaşması təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər qalxıb.

    Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Hələlik qiymət sabitləşsə də, ucuzlaşma gözlənilmir. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır.

    Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir.




     

    Tarix : 14-07-2025, 08:02 | Oxunub: 3 440