Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin sedan tipli avtomobil almaq üçün elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Ləğvetmənin səbəbi açıqlanmayıb.

 

Tenderin ümumi dəyəri 67 225 AZN olub.