• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

    08

    fev

    Polis əməkdaşları vətəndaşlardan 1 qumbara, 10 tüfəng götürüblər

    Fevralın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat, 1 tapança, 1 qumbara, 10 tüfəng, 12 patron darağı və 371 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Tarix : 8-02-2025, 15:10 | Oxunub: 2 296