• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tarixi gün - Ağdərəyə köç başlayır

    10

    fev

    Tarixi gün - Ağdərəyə köç başlayır

    Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna köç başlayır.

    Ekologiya.az-ın əldə etdiyi xəbərə görə, ilk köç rayonun Həsənriz kəndinə olacaq.

    Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.

    Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.

    Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad olunub. 1992-ci ildə ləğv edilərək Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa edilmişdi.

    Tarix : 10-02-2025, 13:53 | Oxunub: 1 968