• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı bulvarında DAVA - tutulan var

    30

    avq

    Bakı bulvarında DAVA - tutulan var

    Bakı bulvarında ictimai asayişi pozan şəxs həbs edilib.

    Ekologiya.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə avqustun 28-i gecə saat 00:40 radələrində baş verib.

    Dənizkənarı Milli Park ərazisində 4-5 nəfər arasında kütləvi dava-dalaş olmasına dair polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədən şəxslərdən biri - 1994-cü il təvəllüdlü A.Qədirov saxlanılıb. Onun narkotik vasitə istifadə etməsi də müəyyən olunub.

    Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılan şəxslə bağlı araşdırma başlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilib.

    Səbail Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 20 sutkalıq həbs edilib.

    Tarix : 30-08-2025, 13:02 | Oxunub: 1 008