• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sanitariya-gigiyena qaydalarını pozan avtomobilin sürücüsü barədə inzibati tənbeh tədbiri tətbiq olunub

    13

    yan

    Sanitariya-gigiyena qaydalarını pozan avtomobilin sürücüsü barədə inzibati tənbeh tədbiri tətbiq olunub

    Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

    DİN-in mətbuat xidmətindən Ekologiya.az-a bildiriblər ki, paytaxtın Suraxanı rayonunda keçirilən tədbir zamanı Bülbülə qəsəbəsində “Mercedes” markalı yük avtomobilindən müxtəlif çeşidli tullantıların boşaldılması faktı aşkarlanıb.

    Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Tarix : 13-01-2024, 13:29 | Oxunub: 1 671