• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Soyuqlarla bağlı qatarlara tələbat artıb

    22

    fev

    Soyuqlarla bağlı qatarlara tələbat artıb

    Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.

    Bu barədə Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

    Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.

    Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də, Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.

    “Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik”, – ADY-dən bildirilib.

    Tarix : 22-02-2025, 19:17 | Oxunub: 960