• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri çıxarılacaq

    27

    fev

    Həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə xəttə əlavə qatar reysləri çıxarılacaq

    "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 1 və 2 mart tarixlərində əlavə qatar reysləri təyin edir.

    Ekoogiya.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

    Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

    Tarix : 27-02-2025, 17:36 | Oxunub: 784