• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qiymətlər bu tarixdən enəcək - AÇIQLAMA

    24

    fev

    Qiymətlər bu tarixdən enəcək - AÇIQLAMA

    Soyuq havalarda meyvə-tərəvəzin qiyməti adətən yüksəlir. Bu dövrdə bazarlarda alış-veriş edən insanlar əvvəlki aylara nisbətən daha bahalı məhsullarla qarşılaşırlar. Xüsusilə gündəlik tələbat mallarında qiymət artımı daha çox nəzərə çarpır.

    İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, bu ərəfələrdə logistika bahalaşır və bu da təbiidir, çünki yol xərcləri artır, yol şəraiti daha təhlükəli olur:

    “Hesab edirəm ki, bütün bu amillər qiymətlərin üzərinə gəlir. Bundan əlavə, qiymətlərin artması mövsümi xarakter daşıyır, çünki yeni meyvələr yoxdur. Hazırda bazarda keçən mövsümdən qalan meyvələr satılır və onların sayı azaldıqca qiymətlər də təbii olaraq yüksəlir. Təxminən may ayına qədər bu vəziyyət davam edəcək”.

    İqtisadçı qeyd edib ki, bu proses hər il təkrarlanır. May-iyun aylarında qiymətlərdə müəyyən dərəcədə tənzimləmə olacaq.

    Sevinc İbrahimzadə / Metbuat.az

    Tarix : 24-02-2025, 19:03 | Oxunub: 920