COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının inkişaf siyasəti və tərəfdaşlıq məsələləri üzrə baş idarəedici direktoru Aksel van Trotsenburq ilə çoxtərəfli inkişaf banklarının (MDBs) iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə iştirakını müzakirə edib.
Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Görüş çoxtərəfli inkişaf banklarının 1,3 trilyon ABŞ dolları məbləğində "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasına necə daha səmərəli töhfə verə biləcəyini müzakirə etmək üçün dəyərli fürsət olub", - məlumatda qeyd olunub.