• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Fevralın 15-də...

    10

    fev

    Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: Fevralın 15-də...

    "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

    Ekologiya.az bildirir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

    Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

    Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

    Tarix : 10-02-2026, 15:21 | Oxunub: 1 256