• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Fotoqrafların qış turu” layihəsi Abşeron Milli Parkından start götürüb - FOTO

    12

    yan

    “Fotoqrafların qış turu” layihəsi Abşeron Milli Parkından start götürüb - FOTO

    11 yanvar Dünya Milli Parklar və Qoruqlar günü ilə əlaqədar “Fotoqrafların qış turu” layihəsinin ilk çəkilişləri Abşeron Milli Parkından başlayıb.

    Layihə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fotoqraflar gün ərzində parkın ərazisində məskunlaşmış köçəri quşları, təbiət mənzərələrini, Şahdili burnunun ecazkar görüntülərini əks etdirən foto və videolar çəkməyə müvəffəq olublar.

    Layihə çərçivəsində, peşəkar və həvəskar fotoqrafları öz sıralarında birləşdirən Azərbaycan Fotoqraflar Birliyinin üzvləri ölkəmizin füsunkar təbiətinin qış mənzərələrini lentə alacaq, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizin qorunan təbiət potensialını foto və videogörüntülərlə nümayiş etdirəcəklər.

    Fotoqrafların səfərləri fevral ayının sonunadək digər milli parklar və qoruqlarda davam edəcək.

    Qeyd edək ki, Azərbaycanda 10 milli park və 10 təbiət qoruğu mövcuddur. Həmin ərazilər meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edir.
    Milli parklar və qoruqlar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ölkəmizdə ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.





    Tarix : 12-01-2024, 11:06 | Oxunub: 1 745