• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır" - VİDEO

    30

    iyn

    "Rusiya azərbaycanlılara qarşı zorakılıqlara yalanlarla don geyindirməyə çalışır" - VİDEO

    Rusiya Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıqlara yalan açıqlamalarla don geyindirməyə çalışır.

    “Report” xəbər verir ki, bu, Türkiyənin “Haber Global” telekanalının iyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etməsi ilə bağlı xüsusi süjetində yer alıb.

    “Rusiyanın qəzəb doğuracaq əməliyyatı. Azərbaycanlı ailə niyə hədəfə alındı?” adlı süjetdə bu ölkənin Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı zorakı əməliyyat keçirdiyi vurğulanır, “şovinizm Rusiyanın dövlət siyasətinə gəlirmi?” sualına cavab axtarılır.

    Qeyd edilir ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb. FTX əməkdaşlarının şübhəli şəxs kimi saxladıqları daha bir neçə azərbaycanlıya ağır işgəncə verdikləri vurğulanır. Bildirilir ki, fotolar azərbaycanlılara qarşı işgəncələrin necə dəhşətli olduğunu göstərir.

    Mütəxəssislər bildiriblər ki, Kreml həqiqəti dilə gətirmək əvəzinə yalanlar uydurmaq variantını seçib, bu da Azərbaycanın haqlı narazılığına səbəb olub.

    Qeyd olunur ki, Azərbaycan bu məsələyə haqlı reaksiya verib. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb. Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşlarının bu qanunsuzluğu ilə bağlı şübəli məqamlar mövcuddur.

    Həmçinin xatırladılır ki, ötən ilin sonlarında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulmasından üç gün keçsə də Rusiya rəsmiləri həmin vaxt da bu hadisə ilə bağlı xoşagəlməz münasibət sərgiləyiblər və bununla bağlı yalan açıqlamalar veriblər.

    Qeyd olunur ki, Rusiya AZAL məsələsində olduğu kimi Yekaterinburqda törədilən zorakılıqlara da yalan açıqlamalarla don geyindirməyə çalışırlar. Bu isə Azərbaycanın narazılığına səbəb olub.

    Tarix : Dünən, 09:57 | Oxunub: 112