• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edib

    06

    dek

    Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edib

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən tarixi nəticələri müzakirə edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması və quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.

    Tarix : 6-12-2024, 13:55 | Oxunub: 2 168