• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəhər əhalisinə XƏBƏRDARLIQ: "Evdən çıxmayın, həmin saatlarda..."

    07

    iyl

    Şəhər əhalisinə XƏBƏRDARLIQ: "Evdən çıxmayın, həmin saatlarda..."

    Türkiyəli meteoroloq Fevzi Burak Tekin Türkiyədə yeni həftənin hava proqnozunu açıqlayıb.

    Ekologiya.az  "Hürriyet"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, son proqnozlara əsasən, bu həftə isti havalar olduqca təsirli olacaq və ölkənin əksər bölgələrində hiss ediləcək.

    Ölkə daxilində hava istiliyinin mövsüm normalarından 4-6 dərəcə yuxarı olacağını bildirən Tekin yağışın yalnız şimal-şərq bölgələrində yağacağını söyləyib.

    Ölkənin daxili, qərb və cənub bölgələrinin bəzi yerlərində temperaturun 40 dərəcəni keçəcəyini vurğulayan meteoroloq günəş şüalarının ən güclü olduğu saat 11:00-16:00 arasında zərurət olmadığı təqdirdə çölə çıxmamaq barədə xəbərdarlıq edib.

     

    Musavat.com

    Tarix : Bu gün, 15:50 | Oxunub: 176