Cəlilabad rayonunun Ləkin kəndində transformatorda yanğın olub.

Ekologiya.az-ın məlumatına görə, transformator tamamilə yanaraq yararsız hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, nəticədə kəndin bir hissəsi işıqsız qalıb.

Bu gün aidiyyatı qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.