• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib

    21

    avq

    Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib

    Avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir. Fakt araşdırılır.

    Tarix : 21-08-2025, 11:35 | Oxunub: 2 424