• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTA: Şirvan-Salyan regionunda 7 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    17

    sen

    AQTA: Şirvan-Salyan regionunda 7 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 41 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 7 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

    Həmin müəssisələrdən 3-ü tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 4-də isə müvafiq tədbirlər görülməkdədir.

    Fəaliyyəti məhdudlaşdırılan müəssisələrlə linkdə tanış olmaq mümkündür.

    Tarix : 17-09-2025, 10:50 | Oxunub: 1 000