• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTA: Dağlıq-Şirvan regionunda 8 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    19

    sen

    AQTA: Dağlıq-Şirvan regionunda 8 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Dağlıq-Şirvan regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 99 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 8 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

    Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 3-də isə müvafiq tədbirlər görülməkdədir.

    Fəaliyyəti məhdudlaşdırılan müəssisələrin siyahısı ilə linkdən tanış olmaq mümkündür.

    Tarix : 19-09-2025, 16:31 | Oxunub: 1 296